Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:19

Əsir əsgər sabah Azərbaycana qaytarılacaq


Ermənistan əsir götürülmüş Azərbaycan Silahlı Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənovu aprelin 7-də Azərbaycana qaytaracaq.

Ermənistanın informasiya agentlikləri ölkənin Müdafiə Nazirliyinə istinadən bu məlumatı yayıb.

Hərbi əsirin sabah saat 12:00-da Ermənistan-Azərbaycan sərhədinin Erasxavan-Sədərək sahəsində Azərbaycana tərəfinə təhvil veriləcəyi bildirilir.

Azərbaycanın Müdafiə nazirliyinin mətbuat xidməti isə əsirin geri qaytarılması ilə bağlı məlumatsız olduqlarını bildirib.

Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
XS
SM
MD
LG