Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:56

Mavritaniyanın xarici işlər naziri sabah Azərbaycana gələcək


Xarici işlər və əməkdaşlıq naziri xanım Naha Mint Muknassın aprelin 7-9-da Azərbaycana rəsmi səfəri nəzərdə tutulub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumata görə, səfər zamanı mavritaniyalı qonağın aprelin 7-də Quba rayonuna səfəri və rayonla tanışlığı planlaşdırılıb.

Aprelin 8-də isə xanım Naha Mint Muknassın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, aprelin 9-da isə xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
XS
SM
MD
LG