Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:50

Ağsu aşırımında nəqliyyatın hərəkəti bərpa edilib


Hazırda torpaq sürüşməsindən sonra Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonundan keçən hissəsində yolun tamamlanması istiqamətində işlər davam edir.

Ağsu rayon 12 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi Ağakərim İslamovun AzadlıqRadiosuna verdiyi məlumata görə, gecə saatlarınadək yolun hərəkət hissəsinin açılması üçün iş aparılıb:

«Bu dəqiqə iş gedir, bütün texnika tökülüb, yol qaydasındadır. Gecə 2-3-ə kimi bizim işçilərimiz işləyib, hərəkət bərpa edilib. İndi tamamlama işləri gedir».

Aprelin 5-də axşam saatlarında Ağsu aşırımında dağ sürüşərək yolun hərəkət hissəsini bağlayıb, avtomobillərin hərəkəti çətinləşib. Hadisə yolun 147-150-ci kilometrliyində baş verib.

Sürüşmə fevral ayının axırlarından güclü yağışlardan sonra başlayıb.
XS
SM
MD
LG