Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:06

General Qazaxıstanda hərbi əməkdaşlıq yollarını müzakirə edir


ABŞ generalı David Petraeus Qazaxıstanla imzalanmış beş illik hərbi əməkdaşlıq müqaviləsinin icrası məsələlərinin müzakirəsi üçün Astanaya gedib.

Rusiyanın Itar-Tass agentliyi xəbər verir ki, razılaşmada Qazax hərbçilərinin ABŞ hərbi akademiyalarında təlimlərə cəlb edilməsi üçün 10 milyon dollar pul ayrılması nəzərdə tutulur.

ABŞ-ın Astanadakı səfirliyindən verilən məlumata görə general ölkəsinin Əfqanıstandakı hərbi əməliyyatlarında Qazaxıstanın hansı formada iştirakı imkanlarını da müzakirə edəcək.
XS
SM
MD
LG