Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:46

Kreml hələ də İranla diplomatiya yolunun qaldığını deyir


Rusiya hələ də İranın nüvə probleminin diplomatik yollarla həllinə ümid edir. Xarici İşlər nazirinin müavini Sergey Rıbakov aprelin 5-də İnterfax agentliyinə bildirib ki, Tehranın atom bombası düzəltməsi barədə narahatlıqlar hələ böhran həddinə çatmayıb. O deyib ki, bu halda Moskva da İrana qarşı yeni sanksiyaları müdafiə edərdi.

Nazir müavinin bu qeydlər son vaxtlar Kremldən gələn fikirlərin ziddinədir. Moskva axır vaxtlar bildirirdi ki, İrana qarşı yeni sanksiyaları müzakirə etməyə hazırdır. Qərb hesab edir ki, diplomatik cəbhədə ciddi uğurlar əldə edilmədiyindən İrana qarşı yeni beynəlxalq qadağalar tətəbiq edilməlidir.
XS
SM
MD
LG