Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:26

«Ramiz Mehdiyev hər söhbətində müharibədən danışdı»


Bakıda hərbi parad, 26 iyun 2008

Bakıda hərbi parad, 26 iyun 2008

«Ramiz Mehdiyev Türkiyədə hər söhbətində müharibədən danışdı»

«Qafqaz» Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oqtay belə deyib. Aprelin 5-də «İşdən sonra»da Ermənistanla müharibə ehtimalından danışılıb.

Hasan Oqtay deyib ki, Rusiya Azərbaycanı erməni dəyənəyi ilə döyür deyilirsə, bu, Azərbaycanın döyülməyə hazır olduğunu bildirir:

- Azərbaycanın müharibə sözünü istifadə etməsi Ermənistanda qorxuya səbəb olur. Bu o deməkdir ki, Ermənistan Qarabağ mövzusunda Azərbaycanın qərarlı olduğunu bilir, burada lazım olarsa müharibə edəcəyini görür. Müharibə son çarədir. Diplomatiyanın ən qüvvətli köməkçisidir. Rusiya müharibəyə icazə verməyəcək.
Vəfa Quluzadə
Amma müharibənin olma ehtimalı sülhü zorlayacaq. İki gün əvvəl Azərbaycanın dövlət məmuru Ramiz Mehdiyev Türkiyədə idi. Mehdiyev hər söhbətində müharibə vurğusunu önə çıxardı.

Politoloq Vəfa Quluzadə isə deyir ki, Azərbaycanla bağlı müxtəlif spekulyasiyalar var:

- Deyirlər ki, guya Azərbaycanla Rusiya ortaq məxrəcə gəliblər. Azərbaycan hücum edib bir – iki rayonu geri qaytarır. Əvəzində Azərbaycan keçir Rusiyanın himayəsinə. Amma mən buna inanmıram. Azərbaycan Rusiya ilə müharibə etmək iqtidarında deyil. Rusiya indi də nə hərb, nə sülh vəziyyətini mümkün olduğu qədər uzatmaqda maraqlıdır. Müharibə məsələsini Azərbaycan da daxil olmaqla siyasi məqsədlər üçün hər tərəf istifadə edir. Biz əgər Ermənistana hücum etsək, bu, Rusiya üçün hədiyyə olar. Rusiya Azərbaycanı əzmək arzusundadır. Hansı dünya ölkəsi Azərbaycanın torpaqlarını hərb yolu ilə əldə etməsinə əl çalacaq? Hamısı Azərbaycanın müharibə cəhdini təcavüz adlandıracaq. Azərbaycanın cəzalandırılmasına normal baxacaq. Azərbaycan rəhbərliyi bunu etməyəcək, çünki bilir sonra olacaqları.

Rauf Mirqədirov
«Zerkalo» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov isə hesab edir ki, Ermənistan Azərbaycanın müharibə təhdidinə ciddi baxmır:

- Hərbi əməliyyatlar başlayarsa və bu Azərbaycanın uğuru ilə nəticələnərsə, Dağlıq Qarabağda erməni qalmayacaq. Danışıqlar prosesində iştirak edənlər diplomatlardır, onlar situasiyanın nədən ibarət olduğunu gözəl bilirlər. Son dövrlərdə Ermənistan danışıqlar prosesini pozur. Onlar guya Dağlıq Qarabağda ermənilər üçün təhlükənin olduğunu qabardırlar. Rusiya dəfələrlə göstərib ki, o istədiyi halda heç bir müqaviləyə əsaslanmadan öz hərbi qüvvələrindən istifadə edə bilər. Düşünmək lazım deyil ki, Yerevanda oturanlar axmaqdırlar, qüvvələr nisbətindən xəbərləri yoxdur. Bizim təhdidlərimiz onlar tərəfindən ciddi qəbul olunmur və onları nəyəsə təhrik etmir. Azərbaycan həmişə Moskva ilə normal münasibətlər saxlamaqla Qərbin bütün maraqlarını reallaşdırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poloxov da qeyd edib ki, Ermənistan tərəfi sadəcə diqqəti yayındırmağa çalışır və danışıqların uzanmasında maraqlıdır.

DAHA ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG