Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:31
«Azərbaycan neçə illərdir ki, tənhalıq sindromunu yaşayır». Bunu filosof Rəhman Bədəlov deyib. Aprelin 5-də «İşdən sonra»da insanların çarəsizlik sindromundan danışılıb.

Rəhman Bədəlov hesab edir ki, millətə şok lazımdır ki, onu silkələyib, oyatsın:

- Çarəsizlik sindromu təhlükəlidir. Son illər bu sindromu müşahidə edirik. Bu vəziyyətdən çıxış üçün hansısa təkan olmalıdır ki, milləti silkələsin. Artıq görürəm ki, şok olmasa vəziyyətdən çıxmaq olmayacaq. İnsanlar daxilən tənhalaşıb. Onlar özlərini proseslərdən kənarlaşdırırlar ki, bu mənlik deyil, başqası etsin. Millət bu psixologiyada neçə illərdir tənhalıq sindromu yaşayır.

Fineks Universitetinin tələbəsi Azər Məmmədov isə deyib ki, Azərbaycana gələrkən tez- tez «bura Azərbaycandır» ifadəsini eşidir:

- Sonra eyni ifadəni Amerikada da eşitdim ki, «bura Amerikadır». Lakin bunların arxasında olan psixoloji təhlilə nəzər yetirəndə məlum oldu ki, azərbaycanlı onu işlədərkən mövcud ədalətsizliklə barışığı ifadə edir. Bu, xalqın aqibəti üçün çox təhlükəlidir. Hökumətlərin, dövlət başçılarının bu sindromun nəinki aradan qaldırılmasında, yaranmasında da rolu var. Hər bir vaxt müvəffəqiyyətsizliklə qarşılaşdığınız zaman ümidləriniz puç olur. Artıq vəziyyətlə barışıb deyirsiniz bu belədir, bu artıq mənim aqibətimdir. Çarəsiz hala düşüb bununla barışırsan və yeni normativi qəbul edirsən. Mən Azərbaycana gələndə rüşvət insidentini danışarkən hamı gülür, deyirlər ki, bura Azərbaycandır.

Kitab Klubunun rəhbəri Elxan Rzayev isə daha optimistdir:

- Bu gün bir çoxlarının xoşuna gəlməyən vəziyyət bütün ölkələrdə olub. Mən optimistəm. İstənilən cəmiyyətin gələcəyi özünü təsdiqdən keçir. Hər hansı problem bizi ağrıdırsa, həmfikirlərimizi tapmalıyıq. Onlarla əl-ələ verib problemi həll etməliyik.

Bəs Rəhman Bədəlov Azərbaycanda mentalitet barədə nə düşünür?

Emin Millinin qüruru nəyi ifadə edir?

Çarəsizlik sindromu psixoloji xəstəlikdir?

Çarəsizliyin əlacı yolları.

BÜTÜN BUNLAR BARƏDƏ AUDİONU DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG