Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:53

Konsulluğa hücumu Taliban boynuna götürdü


Pakistanda ABŞ-ın Pişəvər şəhərindəki konsulluğuna hücum zamanı azı altı nəfər həlak olub. Onlardan dörd nəfəri hücum edənlərdir. Məlumata görə onlar iki yük maşını ilə konsulluğa hücum ediblər.

Bu hücuma görə məsuliyyəti Pakistandakı Taliban qüvvələri boyunlarına götürüblər. Hardan zəng etdiyi məlum olmayan Pakistan Talibançılarının sözçüsü Azam Tariqi Reuters agentliyinə də deyib ki, onlar başqa hücumlar da planlaşdırıblar.

Pakistan ordusu konsulluğun binasının mühafizəsini gücləndirib.
XS
SM
MD
LG