Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:23

Balakən MTN-in nəzarətindədir


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Aprelin 5-dən Milli Təhlükəsizlik Nazirliyi Balakən rayonunda genişmiqyaslı əməliyyata başlayıb.

Rayonun giriş və çıxışları nəzarətə götürülüb. Həyata keçirilən tədbirlər bu günlərdə MTN-tərəfindən Bakıda terror aktları törətməyi planlaşdıran mütəşəkkil dəstənin zərərsizləşdirilməsi prosesinin davamı olduğu bildirilir.

Balakən rayon polisindən AzadlıqRadiosuna əməliyyat barədə ətraflı məlumat verməsələr də, faktı təstiqləyiblər.

Əməliyyat tədbirləri nəticəsində Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən iki nəfər silahlı şəxs «Katex» postunda saxlanılıb.

Ötən həftə Milli Təhlükəsizlik Nazirliyi Gürcüstan ərazisindən külli miqdarda odlu silahı və partlayıcı maddələri ölkəyə gətirərək terror aktları planlaşdıran Azərbaycan və Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstənin üzvlərini yaxalanılması barədə məlumat yaymışdı. Məlumatda bütün faktlar üzrə MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığı və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi qeyd olunurdu.
XS
SM
MD
LG