Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:56
Aprelin 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin şəxsi internet səhifəsində - bloqunda onu təhqir edən fotokollajlar yerləşdirilib. Partiya liderinin bloqunun yerləşdiyi wordpress.com bloq portalına müraciətindən sonra saytın oğurlanmış idarə hüququ yenidən AXCP sədrinə qaytarılıb və fotoları səhifədən çıxarmaq mümkün olub. Amma Əli Kərimli hesab edir ki, 2003-cü ildən bu yana ona qarşı aparılan qara piardan bundan sonra da sığortalanmayıb. Partiya lideri bu kampaniyanı hakimiyyətin sifarişi hesab edir.

«Bloqumda yazdığım çox kəskin yazılar, hiss edirdim ki, hökumət dairələrində çox ciddi qıcıq yaradır. Həm də mənim yazılarım kifayət qədər çox geniş oxucu qazanmışdı. Görünür, çarəni belə tapdılar. Mənimlə polemika aparmaq əvəzinə, yazdıqlarımı təkzib etmək əvəzinə, qiyabi olsa da mənimlə diskussiya aparmaq əvəzinə, öz əxlaqlarına uyğun bir vasitə seçdilər».

QARAYAXMALAR SEÇKİÖNCƏSİ BAŞ VERİR

AXCP sədri Əli Kərimli deyir ki, müxalifət liderləri və xüsusən də ona qarşı bu cür qarayaxma kampaniyaları adətən seçkiöncəsi baş verir.

2005-ci və 2008-ci illərdə də parlament və prezident seçkilərindən öncə iqtidaryönlü mediada Əli Kərimli barəsində oxşar iddialar yer alıb.
Bəxtiyar Sadıqov
Partiya sədri hesab edir ki, bu cür kampaniyaların əsas məqsədi onu siyasi mübarizədən yayındırmaq istəyidir.

Amma «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Əli Kərimlinin ittihamlarını əsassız hesab edir:

«Azərbaycan hakimiyyəti o dərəcədə zəif deyil ki, qara piardan istifadə etsin. Əli Kərimli nə deyirsə, bu onun öz işidir, mən buna şərh vermək istəmirəm».

BU, HƏM DƏ CİNAYƏTDİR

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli isə deyir ki, sözügedən kampaniya qara piar olmaqla yanaşı, həm də cinayətdir.

«Şəxsin icazəsi olmadan onun kompüter avadanlığına, ona məxsus olan kodlara girərək ona zərər verməklə bağlı Cinayət Məcəlləsində ayrıca müddəa var. Azərbaycanı deyə bilmərəm ki, bununla bağlı məsələlər məhkəmə müstəvisinə daşınıb. Amma bu gün qüvvədə olan qanunvericilik ən azından imkan verir ki,
Ələsgər Məmmədli
bu cür böhtanlar varsa, buna görə insanlar məhkəmə çəkişməsinə çəkilsin və bilinsin ki, məhkəmələr bu istiqamətdə digər məsələlərdəki kimi dərhal cavab verirlər, yoxsa yox».

«MƏHKƏMƏ PERSPEKTİVİ YOXDUR, TƏHLÜKƏSİZLİYİ GÜCLƏNDİRMƏLİ»

Əli Kərimli isə məhkəməyə müraciəti vaxt itkisi hesab edir. Deyir ki, əlində bunu kimin etməsi ilə bağlı faktlar, sənədlər olmadığından və bu sənədləri yerli hüquq mühafizə orqanlarının da ortaya çıxaracağına inanmadığından işin Avropa Məhkəməsi perspektivini də görmür. Ona görə də partiya sədri ona qarşı aparılan qara piar kampaniyasını önləmək üçün sadəcə bloq səhifəsinin mühafizəsini texniki baxımdan gücləndirdiyini deyir. O ki qaldı bu cür kampaniyaların onun siyasi mövqeyinə təsirinə, Əli Kərimli deyir ki, nüfuzuna xələl dəydiyini müşahidə etməyib.

AXCP sədri Əli Kərimlinin bloqunun yerləşdirdiyi sonuncu yazısı aprelin 2-də «The Washington Post» qəzetində dərc olunmuş məqaləsidir. Əli Kərimli həmin məqalədə yazır ki, prezident İlham Əliyev hakimiyyəti atasından seçki yoluyla deyil, vərəsə kimi alıb, Azərbaycanda seçkilərin nəticələri saxtalaşdırılır, müxalifət əzilir, Birləşmiş Ştatlarsa sonda gənc liderlə işləməyə üstünlük verir. Əli Kərimli Azərbaycan müxalifətinin Amerikadan maliyyə dəstəyi, yaxud müdaxilə deyil, mənəvi dəstək istəyir.

Azərbaycanın Birləşmiş Ştatlarda səfiri Yaşar Əliyev aprelin 5-də «The Washington Post»a göndərdiyi məktubda bu məqaləyə münasibət bildirib. Yaşar Əliyevə görə, demokratiya təkcə Azərbaycan - ABŞ əlaqələrinin komponenti deyil, o həm də Azərbaycan dövlətçiliyinin ən mühüm dayaqlarından biridir.

---------------
QEYD: Müzakirə qeyri-konstruktiv aparıldığına görə forum dayandırılır!

Günün bütün mövzuları

XS
SM
MD
LG