Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

Şok xəbər: İstanbuldakı oteldə İlhamə Quliyeva adına Mədəniyyət Mərkəzi açıldı!!!


Lent.az saytı aprelin 4-də İstanbuldakı otellərin birində "İlhamə Quliyevanın adına Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi"nin keçirilməsi haqda məlumat yayıb.

Bu barədə şok məlumatı sayta Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva şəxsən açıqlayıb.

"Açılış mərasimində mərkəzin direktoru Sərxan Kərəmoğlu çıxış etdikdən sonra hər iki ölkənin dövlət himni səsləndirilib.

Daha sonra Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran açılış lentini kəsib.

Tədbirdə iştirak edən Türkiyə və Azərbaycanın nüfuzlu ictimai-siyasi xadimləri, bir sıra iş adamları və incəsənət xadimləri İlhamə Quliyevanı mərkəzin açılışı münasibəti ilə təbrik ediblər, ən xoş arzularını çatdırıblar.

Türkiyənin TMB kanalının rəhbəri Naim Burak Elçi çıxış edərək bildirib ki, mərkəz tez bir zamanda öz sözünü deyəcək, Türkiyə və Azərbaycanda nüfuzlu mədəniyyət ocağı kimi öz yerini tapacaq.

Tədbirdə mərkəzin ayrıca binasının olması təklifi irəli sürülüb. Konsertdə olduğu üçün açılışda iştirak edə bilməyən müğənni Bülənt Ərsoyun nümayəndəsi təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, məktubunda mərkəzdə İlhamə xanımla ortaq konsert verməyi arzuladığını yazıb.

Mərasim İlhamə Quliyevanın çıxışı ilə yekunlaşıb".

Len.az yazır ki, hazırda İstanbulda səfərdə olan İlhamə Quliyeva Türkiyənin bir sıra kanallarına dəvət alıb, nüfuzlu verilişlərin qonağı olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG