Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:09

«Traktorsazi» «Qalatasaray»la oynamaq istəyir


İranın Təbriz şəhərinin «Traktorsazi» komandası Türkiyənin «Qalatasaray» komandasını hazırlıq oyunu üçün İrana dəvət edib. «Qalatasaray»ın bu dəvətə 4 gün ərzində qəti cavab verəcəyi, qarşılaşma üçün isə 500 min dollar istədiyi bildirilir.

«Traktorsazi» komandasının direktoru Naser Şəfəq deyib ki, «Qalatasaray»la hazırlıq oyunu keçirmək istəyirlər. Bununla bağlı İstanbula nümayəndə göndəriblər. «Qalatasaray» rəhbərliyi ilə keçirilən danışıqlarda «Traktorsazi»nin oyunlarından ibarət video klipə baxılıb. Aprelin 23-də Təbrizdə keşirilməsi planlaşdırılan qarşılaşma üçün «Qalatasaray» rəhbərliyi 500 min dollar pul və və 60 min dollarlıq çarter reysi əsas şərt kimi qoyub. Naser Şəfəq deyib ki, 4 gün ərzində «Qalatasaray» rəhbərliyi onlara qəti cavab deyəcək.

İran Super Liqasında 6-cı yerdə olan Azərbaycan komandası «Traktorsazi» İranda ən çox azarkeşi olan komanda kimi tanınır.
XS
SM
MD
LG