Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:31

4 jurnalist qəzaya düşüb


Aprelin 3-də Kürdəmirdən - həmkarlarının toyundan paytaxta qayıdan 4 jurnalist Mərəzə yaxınlığında avtomobil qəzasına düşüblər. Xəsarət alanlar var.
Ayağının möhkəm əzildiyini bildirən «Ədalət» qəzetinin redaktoru Ceyhun Musaoğlu AzadlıqRadiosuna bildirib ki, həmin gün axşam saat 8 radələrində KXCP təşkilat komitəsinin sədri Xəzər Teyyublunun Mersedes markalı maşınında Bakıya qayıtdıqları zaman yüksək sürətlə qonşu yolldan çıxan Jiquli («VAZ 2106») onlara çırpılıb. Jiqulinin sürücüsü hadisə yerindən ağır vəziyyətdə aparılıb. Gecə yarısı Qobustan xəstəxanasında müayinə olunan jurnalistlərə və KXCP funksionerinə isə yaralarının həyat üçün təhlukəli olmadığı bildirilib.

Onlar əzik, çapıq və digər müxtəlif bədən xəsarətləri ilə hazırda ev şəraitində müalicə olunurlar.

Ceyhun Musaoğlunun sözlərinə görə, sağ qalmalarına Mersedesin təhlükəsizlik balışının vaxtında açılması səbəb olub.
Maşında «Ölkə» qəzetindən Elmidar Bayramov və Nəsimi Şərəfxanlı, «Azadlıq» qəzetindən isə Vidadi Məmmədov olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG