Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:44

Azərbaycanda tələbə (sər) güzəştləri…


Beynəlxalq Tələbə Kartı
Beynəlxalq Tələbə Kartı
«Türkiyədə çox yerdə tələbələrə güzəşt edilir. Məsələn, nəqliyyatın bütün növlərində, geyim mağazalarında və s.»

Türkiyədə gördüklərini bölüşən «AEGEE-Bakı» təşkilatının prezidenti Fariz Nəhmətovdur. O deyir ki, Azərbaycanda tələbəyə, demək olar ki, güzəşt yoxdur:

«Güzəşt yazılan yerlərdə isə fürsətdən istifadə edib soruşmurlar. Avropada isə əksinə gənc görəndə gəlib soruşurlar ki, siz tələbəsiz? Bizdə isə heç soruşmurlar da».

TƏLƏBƏDƏN TƏLƏB, QARŞI TƏRƏFDƏN GÜZƏŞT

«Tələb nə qədər çox olsa, təklif də bir o qədər yüksək olacaq». «AIESEC-Azərbaycan» Milli Dəstək Komitəsinin rəhbəri Nadir Saraclının fikrincə, tələbə özü güzəştlə maraqlanmalıdır:

«Məsələn, üzərində beynəlxalq tələbə kartı var. Gedir oturur hansısa bir yerdə və əgər araşdırıbsa, bilir ki, bu restoran güzəşt siyahısında var. Amma onu qeyd etmir, demir heç yerdə. Adminstrasiyanın isə sözsüz ki, marağında deyil belə bir şey».

Fariz Nəhmətov deyir ki, Azərbaycan tələbələrində kompleks var. «Məsələn, bir dəfə dostumla getmişdim və kartım yanımda yox idi. Ona təklif etdim ki, sənin kartın burdadır, gəl endirmlə ödəyək. O isə dedi ki, lazım deyil ofisiant bizə birtəhər baxar. Bizdə o mədəniyyət formalaşmayıb ki, endirimdən istifadə edək».

GEDƏRSƏN, GÖRƏRSƏN, SONRA İSƏ...


Fariz Nəhmətov düşünür ki, Azərbaycanda da tələbələr üçün güzəştlərin artırılması yolu səlahiyyətli şəxsləri başqa ölkələrin təcrübələri ilə tanış etməkdir:

«Onlar getsinlər, görsünlər orda necədi və bizimlə fərqlər nədir. Gedib görsələr ki, tələbəyə orda 40-50 faiz güzəştlər var, məncə gəlib tətbiq etməyə çalışacaqlar». Nadir Saraclıya görə isə bu cür təcrübə mübadiləsinə Azərbaycanda kifayət qədər pul xərclənir:

«Amma reallıq budur ki, həmin səlahiyyətli şəxsin özünün marağında olsun. Lakin düşünürəm ki, bütün bu proseslər təhsildən başlamalıdır».

Cəmiyyətdə tələbənin nüfuzunu necə qaldırmaq olar?

Beynəlxalq Tələbə Kartı ilə hansı güzəştlər əldə etmək olar?


«14-24»
verilişində dinləyin...

XS
SM
MD
LG