Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:04
Dünən qəza nəticəsində yaralanmış əsgərlərdən daha biri Lənkərandakı hərbi hospitalda vəfat edib.

1989-cü il təvəllüdlü, əsgər Qurbanov Elçin Lələkişi oğlu Cəbrayıl Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.

Xatırladaq ki, dünən Sərhəd Qoşunlarına məxsus hərbi maşının Lerik rayonu ərazisində qəzaya uğraması nəticəsində 4 əsgər ölmüş, 5-i isə yaralanmışdı.

Hazırda onlardan 4-ü hospitalda həkim nəzarətindədirlər.

Hadisə təxminən saat 15.00 radələrində Lənkəran-Lerik magistralının 45-ci kilometrliyində, Lerikin Yeni Günəşlı kəndi ərazisindəki dağlıq ərazidə baş verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG