Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13

BMT-nin baş katibi Aral gölünə baş çəkib


BMT-nin baş katibi Ban Kİ Mun Aral dənizinin qurumasını planetin ən böyük ekoloji faciəsi adlandırıb.

Orta Asiya ölkələrinə səfəri çərçivəsində Özbəkistana gedən Ban Ki Mun bu gün vertolyotla Aral gölünə baş çəkib.

Aral vaxtilə böyüklüyünə görə dünyada 4-cü göl olub.

Sovet dövründə Özbəkistanda pambıqçılığı inkişaf etdirmək üçün Amurdərya və Sırdərya çaylarından həddən artıq su götürüldüyünə görə Aralda suyun səviyyəsi azalmağa başladı.

Ban Ki Mun Nikus şəhərində çıxış edərkən Aralı xilas etmək üçün region ölkələrinin xüsusi görüşünü təşkil edəcəyini vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG