Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:31

Xristian dünyası Pasxa qeyd edir


Bütün dünyada milyonlarla xristianlar təqvimlərindəki ən vacib günü – pasxa bayramını qeyd edirlər.

İnanca görə, çarmıxa çəkilən İsa peyğəmbər ölümündən üç gün sonra – məhz bu gündə dirilib (İsa peyğəmbərin reinkarnasiya günü).

Bu il provaslav, katolik və şərqi ortodoks olmasından asılı bütün bütün xristianlar Pasxanı eyni gündə qeyd edirlər. Bu hər iki-üç ildən bir belə alınır, çünki Şərq və Qərb kilsələrinin istifadə etdikləri təqvimlər fərqlidir.

Bir çoxları üçün pasxa yaraları sağaltmaq və sülhə nail olmaq üçün bir şansdır.

TERRORLA MÜŞAYİƏT OLUNAN PASXA

Moskvada Xilaskar Xristos Baş Kilsəsindəki gecə tədbirinə president Dmitri Medvedev və baş nazir Vladimir Putin də qatılıb.

Rus Ortodoks Kilsəsi Patriarxı Krillin rəhbərliyi ilə keçirilən mərasimə minlərlə insan toplaşıb, təhlükəsizlik tədbirləri güclədirilib.

Bu il pasxa bayramı Moskvada 40 nəfərin ölümü ilə nəticələnən terror hadisəsindən sonraya təsadüf edib. Təxminən bir həftə öncə iki kamikadze özünü Moskva metrosunda partlatmışdı. Hadisədən sonra çeçen döyüşçülərinin lideri Doku Umarov məsuliyyəti öz üzrəinə götürüb.

Bu gün səhər isə Rusiyanın Şimali qafqaz regionunda - Dağıstanda dəmiryolunda partlayış törədilib, nəticədə yük qatarının 8 vaqonu aşıb. Tələfat barədə heç bir məlumat verilmir. Bu hadisədən bir neçə gün öncə isə həmin regionda iki kamikadzenin özünü partlatması nəticəsində 12 nəfər həlak olmuşdu.

Pasxa ilə bağlı müraciətində prezident Medvedev bütün xristianların pasxa bayramını eyni gündə qeyd etmələrini xüsusi vurğulayıb. O deyib ki, ümumi anlaşma və sülh naminə əməkdaşlıq onlara daha çox etniklərarası və dinlərarası əlaqələrə yol açacaq.

Baş nazir Vladimir Putin də çıxışında pasxanın hər evə sülh və sevgi gətirəcəyini arzuladığını deyib.

Birləşmiş Ştatlarda isə prezident Barak Obama xalqa müraciətində insanları çağırıb ki, öz ümumi səylərinə sadiq qalsınlar və «insanlıq ruhuna şərik olsunlar».

İRAQDA VƏ PAKİSTANDA İZTİRAB ÇƏKƏN XRİSTİANLAR ÜÇÜN DƏ DUA OXUNUB

Roma papası XVI Benedikt də ənənəvi «şəhər və dünya üçün» («Urbi et Orbi») xeyr-duasını verib.

Vatikanın dövlət katibi kardinal Ancelo Sodano isə Roma papasına müraciətdə deyib ki, Allaha inanan insanlar hər zaman onunladır və heç vaxt dedi-qodu qurbanı olmayacaqlar.

Bu yaxınlarda Roma papası Münhen arxiyepiskopu olduğu müddətdə pedofillərə qarşı lazımı tədbirlər görməməkdə günahlandırılırdı.

Bəzi katolik liderləri Roma papasının müdafiəsinə qalxmışdılar, onlar bunu medianın iftirası kimi qiymətləndirirdilər. Özünün «Şəhər və dünya üçün» xeyir-duasında papa bu məsələyə toxunmayıb.

XVI Benedikt İraqda və Pakistanda iztirab çəkən xristianlar üçün də dua oxuyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG