Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:40
Yenidənqurma illərində mətbuatda işaran aprel zarafatları müxtəlif mövzuları əhatə edib. «Azərbaycan gəncləri» qəzetinin 1985 –ci il 26 mart buraxılışında «Gəlin bir də gülək» rubrikası altında gülüş günü belə xatırlanıb:

Tutarlı səbəb


Tarlalara yazbaşı
Səpmədilər peyini
Dedilər ki, sədr onun
Xoşlamayır iyini.

***

Sabaha qalsın

Nahardan sonra ana qabları yumaq istəyir. Bu zaman qızı ona deyir:
- Anacan axı bu gün sənin ad günündür. Razı olmaram ki, sən bu əziz gündə qab – qacaq yuyasan.
- Doğrudanmı? Çox gözəl mənim ağıllı balam.
- Əlbəttə. Sən bu işi sabah da görə bilərsən.

***

Bir neçə alman lətifəsi

Uti meşədə fırça ilə şəkil çəkən bir adama rast gəlir. O bir neçə dəqiqə rəssama tamaşa etdikdən sonra rəfiqəsinə deyir:
- Görürsən Regina, adamın foto aparatı evdə qalanda nə qədər əziyyət çəkir!

Yazıq atlar

Verner hər axşam yatmazdan qabaq ayaqlarını yuyurdu. Bir axşam o anasından soruşdu:
- Anacan, at olmamağıma sevinirsənmi?
- Əlbəttə, - deyə anası təəccüblə oğlunun üzünə baxdı.
- Mən də sevinirəm. At olsaydım hər axşam gərək dörd ayağımı yuyaydım.

Kimin üçün

Kinoya bilet almaq istəyən Kurt kassirə müraciət edir:
- Lütfən iki bilet.
- «Romeo və Culyettaya» ?
- Xeyr, mənə və dostuma.

Alman dilindən çevirəni Yusif Savalan

Günün bütün mövzuları

XS
SM
MD
LG