Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:17

Pakistanda 30-a yaxın yaraqlı öldürülüb


Pakistanın şimal-qərbində, Əfqanıstan sərhəddinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə talibançılar arasında toqquşma olub.

Nəticədə 30-a yaxın yaraqlı və 6 əsgər ölüb.

Toqquşma Orakzay rayonunda baş verib.

Pakistan ordusu martın ortalarından bu rayonda yaraqlılara qarşı irimiqyaslı hərbi əməliyyata başlayıb.

Yerli hökumətin məlumatına görə son 3 həftə ərzində bölgədə getmiş döyüşlərdə 250-ə yaxın yaraqlı öldürülüb.

Amma bu məlumat hləlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
XS
SM
MD
LG