Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:03

3 partlayışda azı 12 adam ölüb


Bu gün Bağdadın mərkəzində törədilmiş 3 partlayışda azı 12 nəfər ölüb,30-dan çox adam isə yaralanıb.

Partlayışlardan biri İran səfirliyi də daxil olmaqla bir neçə səfirliyin yerləşdiyi ərazidə törədilib.

Partlayışlardan ikisi isə eyni vaxtda Mənsur məhəlləsində törədilib.

Başqa bir məlumata görə isə ötən cümə günü Süfiyə kəndində 24 adamı qətlə yetirmiş yaraqlılar Amerika ordusunun hərbi geyimində olublar.

Ölənlərin hamısı Əl Qaidəyə qarşı olan sünni qrupun üzvləridirlər.

25 şübhəlinin yaxalandığı xəbər verilir.

Hakim dairələr hesab edir ki, bu hücumun arxasında Əl Qaidə durur.
XS
SM
MD
LG