Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:25
«Türkiyə bizdən davamlı olaraq güzəştə getməyimizi istəyir. Bu mümkün deyil. Ən vacib məsələ Dağlıq Qarabağ xalqına öz taleyini özü təyin etməsi haqqının verilməsidir. Təəssüf ki, deyəsən, Azərbaycan problemi hərbi yolla həll etmək istəyir. Bu da ermənilərin Dağlıq Qarabağ bölgəsindən çıxarılmasına səbəb olacaq».

Ermənistan prezidenti Serj Sarkisyan bu barədə Almaniyanın «Der Spiegel» jurnalına bildirib.

O, Azərbaycanın neft ölkəsi olması və Türkiyə kimi bir NATO üzvü tərəfindən dəstəklənməsinin «Dağlıq Qarabağ Respublikası»nın digər ölkələr kimi bərabər haqlara sahib olmasına mane olduğunu bəyan edib.

Sarkisyan deyib ki, Türkiyə ilə sərhədlərin açılmasını 1915-ci ilə olayları ilə bağlamırlar, buna görə də Türkiyə-Ermənistan yaxınlaşması baş tutmasa, günahkar Ermənistan olmayacaq.

Türkiyənin irəli sürdüyü tarix komissiyasının yaradılmasına niyə qarşı çıxdığı barədə suala Sarkisyan cavab verib ki, «Türkiyədə «soyqırım» sözünü işlədənlərin təqib edildiyi bir vəziyyətdə belə bir komissiya obyektiv fəaliyyət göstərməyəcək. Bu ideyanı ortaya atmaqda Türkiyənin arzusu «erməni soyqırımı»nın tanınması prosesinin ləngitməkdir. Belə bir komissiya yaradılarsa, demək, aşkar həqiqətlər şübhə altına alınacaq. Komissiya yalnız Türkiyənin günahını etiraf etməsi halında yaradıla bilər. Biz Ağrı Dağını hər zaman ürəyimizdə daşıyırıq, ancaq heç vaxt heç bir Ermənistan rəsmisi Türkiyədən torpaq tələb etməyib».

Sarkisyan, 1915 olayları ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi barədə suala cavabında isə «Dünya qətiyyətli hərəkət etməlidir. Amerika da, Avropa da, Almaniya da. Türkiyə-Ermənistan yaxınlaşmasına yardım etmiş bütün ölkələr qəti mövqelərini ortaya qoymalıdırlar» deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG