Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:58

Ali məktəblərə sınaq imtahanları keçirilir


Bu gün Ali məktəblərə hazırlıq mıqsıdiylə sınaq imtahanları keçirilir.

TQDK-dan verilən məlumata görə, ilk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Lənkəran və Biləsuvar şəhərlərində, həmçinin Naxçıvanın Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək.

Bu imtahanlarda iştirak etmək üçün martın 16-dan bu günə kimi 31 538 abituriyent qeydiyyatdan keçib.

Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 11-də keçiriləcək və hazırda həmin imtahana yazılış gedir.

XS
SM
MD
LG