Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:56

Dağıstanda dəmiryol partladılıb


Bu gün Dağıstanda dəmiryolun partladılması nəticəsində yük qatarı xətdən çıxıb.

Xəsarət alan olmayıb.

Partlayış Qayakənd rayonundakı İzberbaş şəhərinin ərazisində baş verib.

Nəticədə yük qatarın 7 vaqonu aşıb.

Təmirçilər və minaaxtaranlar hadisə yerində iş aparırlar.

Qatarların hərəkətində kecikmələr olacaq.

Bakı vaxtı ilə saat 7 radələrində bu ərazidən keçməli olan Tümen-Bakı sərnişin qatarının da saxlanılacağı gözlənilir.
XS
SM
MD
LG