Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40
«İlham Əliyev Bakıdakı yeni sarayına milyonlarla dollar dəyərində yeni körpülü yol salır».
İlqar Məmmədov yazır ki, amma Bakıdan Sabirabaddan keçməklə Füzuli tərəfə getmək istəsəniz, yol elə bərbaddır ki, bəlkə də 10 saata gedib çıxarsız:

«Bilgisayar ekspertilə söhbətimi xatırladım. Texnoloji qorumadan danışırdıq, dedi: «Lap dərinə baxsaq, xeyri yoxdur - şəbəkəyə sənin çıxışın, kiminçünsə sənin bilgisayarına şəbəkədən giriş imkanı verir». İndi bu mövzuda da: savaşda qalibiyyətə inanan Ali Baş Komandan əvvəlcə cəbhəyə sürətli yol çəkdirər sonra isə yeni sarayına.

P.S. Onu da deyim ki, tikiləcək bu yol, Əliyevin hava limanına qaçışının vaxt səmərəsini artıracaq. Ümid edək inqilabdan qaçmağı düşünür, ermənidən yox. Bundan öncə, bildiyiniz kimi öz aeroport marşrutlarının çeşidləndirilməsi məqsədilə oraya ikinci yol çəkdirmişdi».

***

Prezidentin 1 aprel zarafatları…

Natiq Cəfərli yazır ki, prezidentin aprelin 1-də verdiyi vədlər bəzi adamlarda çaşqınlıq yaradıb:
«Dünən, aprelin biri, prezident Şirvan şəhərində olub və ənənəvi olaraq eyni sözləri, eyni ibarələri, eyni ritorikanı təkrar edib. Bu çıxışında prezident deyib ki, «bu il də maaş və pensiyalar artırılacaq». Bunu TV-dən eşidən Ağasəlim dayı (köhnə kişilərdəndi), məndən bu gün soruşdu ki, «bala, düz deyirdi, yoxsa pervoaprelski şutka idi?».

Cavab verdim ki, «dayı, heç o boyda da zarafat olar». Kişi dözmədi, cavab verdi ki, «bala, Qarabağla 20 ildir zarafat edirlər də, nöşün olmur ki». Doğurdan da, «Xalqımız müdrük xalqdır» – H. Əliyev.

***

Qəbələdə «sökhasök» davam edir

Devrimsol yazır ki, Qəbələdə yeni icra hakiminin şifahi əmrləri ilə insanların evləri heç bir xəbərdarlıq olunmadan dağıdılır. Səhər texnikanın səsinə oyanıb evini divarsız görürlər:
«Rayonda etirazları gerçəkləşdirəcək sosial gərginlik toplanıb. Müxalifət partiyalarının rayon şöbələrinin hakimiyyətə yalmanmağı fonunda təşəbbüs nizamsız aşağıların üzərinə düşüb. Aşağılar təşkilatsız və ideologiyasızdır. Bu sinfi mübarizədə onların Marksın söylədiyi zəncirlərdən başqa itiriləsi heç nələri yoxdur...
Qəbələ rayonunda aparılan «islahatlar» zamanı insanların şəxsi evləri həmçinin bir sıra tarixi abidələr də söküntüyə məruz qalıb. İ. B. Qutqaşınlı küçəsində yolu genişləndirməkdən ötrü aparılan söküntülər zamanı bir sıra şəxslərin həyətyanı sahələrində olan köməkçi tikililər hətta yolun qırağında açıqlıqda qalıb. Təkcə 2009, 2010-cu illərdə Qəbələdə onlarla binalar sökülüb».

***

16 milyon ton neft müəmmalı surətdə yoxa çıxıb

«Bu il Azərbaycanın istehsal etdiyi 50 milyon ton neftin 16 milyon tonu müəmmalı surətdə yoxa çıxıb». Doktor Ravik yazır ki, 16 milyon ton nefti Sovet hakimiyyəti illərində Azərbaycan iki ilə cıxardırdı. Totalitar imperiyanın talan etdiyi həmin neftlə zavod-fabrik işləyirdi:

«Talançı imperiya zamani 2 ilə çıxarılan, respublikanın ehtiyaclarını ödəyən, başqa respublikalara satılan neft indi bir ildə talanır. Hamı razıdır. Narazılar da var, ancaq onlar neftin talanmasından yox, özlərinin talaya bilməməsindən narazıdırlar. Bu rejimin talançı olması şübhəsizdir. Amma dərinə gedəndə bəlkə də elə düz eləyirlər...»

***

Ağacanın son postlarından biri Fikrət Əmirovun bəstələdiyi «Kor ərəbin mahnısı» haqdadır. Bloqçu bildirir ki, erməni bəstəkar Qevorq Dabaqyan bu mahnını öz adına çıxıb...
Bu arada, mahnının sözləri isə Hüseyn Cavidə məxsusdur.

***

Orxan son vaxtlar bir qrup gəncin müstəqil internet televiziyası - Alternativ TV-ni yaratmalarından yazır. Bu TV nə məqsədlə yaradılıb? Orxan izah edir:
«Biz yorulmuşuq – bayağı yemək verilişlərindən, əyalət təfəkküründən, konveyer üsulu ilə hər cür müğənni buraxan yarışmalardan, çürümüş dəyərlərdən, toyxana müğənnilərindən, əxlaqsızların bizə həyat dərsi keçməyindən. Biz əylənmək və əylənmək istəyirik. Çünki həyat qalın kitabların və gözüyaşlı qocaların anlatdığı qədər də kədərli bir şey deyil».

***

1 saatı 25 dollara...


Kənan Yerevanda fahişələrin «qiymətindən» yazır və sual edir ki, görəsən Bakıda bu cür xidmətlərin qiyməti neçəyədir?

«Aravot» qəzetində gedən bir yazıya görə paytaxtda «Mayami» restoranının yanından dayanan ən bahalı «fahişə» 1 saatlıq xidmətinə görə 10-12 min dram alır. Qalanları 10 min.

Daimi müştərilər üçün isə endirimlər olur, onlara 5 min drama xidmət göstərilir, bəzən fahişələr nisyə xidməti də göstərirlər. Yerevandan Erabluru gölünə gedən yolda ən ucuz fahişə xidmətinin 1 saatı 15 min dramdır. Burada orta qiymət təxminən 20 mindir.

P.S. 1000 Ermənistan dramı 2.5 ABŞ dollarıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG