Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:05

Ölən əsgərlərin adları açıqlanıb


Lerikdə Sərhəd Qoşunlarının əsgərlərini aparan hərbi maşının qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin adları açıqlanıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, qəza nəticəsində 4 hərbi qulluqçu – Sabunçu rayon Hərbi
Komissarlığından xidmətə çağırılmış kiçik çavuş Xəlilov Samir Ağamehdi oğlu, Şəmkir rayon Hərbi Komissarlığından xidmətə çağırılmış kiçik çavuş
Əhmədov Pərviz Rahid oğlu, Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Fərəcov Elnur Qaçay oğlu və Beyləqan rayon Hərbi
Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgər Nəsirov Fuad Əmiraslan oğlu hadisə yerində vəfat edib.

5 hərbi qulluqçu isə xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Hərbi prokurorluqla araşdırma aparılır.

Maşında 18 hərbçi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG