Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:54

4 azərbaycan əsgəri qəzada ölüb


Azərbaycanın Sərhəd Qoşunlarına məxsus hərbi maşın bu gün Lənkəran-Lerik magistralının 48-ci kilometrliyində aşıb.

Nəticədə 4 hərbçi ölüb, 14-ü isə yaralanıb.

APA-nın məlumatına görə onların hamısı ordu sıralarından tərxis olunublarmış.

Yaralılar Lənkərandakı hərbi hospitala götürülüb.

Faktla bağlı araşdırma gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG