Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:01

Rəsmi Bakı Türkiyənin mövqeini dəstəkləyir


"Rəsmi Bakı Türkiyənin Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə protokolları ilə bağlı mövqeni dəstəkləyir". Bunu Prezident Administrasiyanın ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan nümayəndə heyətinin Türkiyə səfərini şərh edərkən deyib.

Əli Həsənovun sözlərinə görə Türkiyə rəhbərliyi növbəti dəfə bəyan edib ki, Azərbaycan torpaqları işğaldan azad olunmayınca Ermənistanla protokollar təsdiq olunmayacaq.

Həmçinin tərəflər erməni lobbisinin qondarma soyqırımı iddialarına qarşı birgə mübarizə aparmaq qərarına gəliblər-deyə Əli Həsənov vurğulayıb.

/ANS/
XS
SM
MD
LG