Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:29

Əsirlikdə olan Azərbaycan əsgərinin veriləcəyi gözlənilir


Ermənistanda əsirlikdə olan iki Azərbaycan əsgərindən birinin aprelin 7-də Azərbaycana qaytarılacağı gözlənilir.

Bu barədə APA agentliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılova istinadla xəbər verir.

O bildirib ki, hələlik əsirlərdən hansının qaytarılacağı dəqiq bəlli deyil.

Qeyd edək ki, N saylı hərbi hissənin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Həsənov 2008-ci il oktyabrın 8-də Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

1990-cı il təvəllüdlü Anar Hacıyev isə2009-cu il mayın 10-da Füzuli cəbhəsində əsir götürülüb.

Şahin Sayılov deyir ki, ötən il dekabrın 28-də girov götürülmüş Eldar Tağıyevin qaytarılması ilə bağlı isə hələlik razılıq ələdə olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG