Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:49

SAĞ ƏLİN VERDİYİNİ SOL ƏL BİLMƏSİN!


Parlamentdə hökumətin hesabatı dinlənən zaman MM-in Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bəzən yardım göstərilən şəxslərin adlarının açıqlanmasını tələb edirlər, «bu, çox gülünc məsələdir. Belə populist addımlar atmaq lazım deyil. Dində də var ki, sağ əlin verdiyini sol əl bilməməlidir».

AĞA ÖZÜNÜ AĞA KİMİ APARAR DA...

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov AzadlıqRadiosunun efirində dinləyicilərin suallarına cavab verir:

- Tağı müəllim, özünüzü ağa kimi aparırsınız...

- Ağa özünü ağa kimi aparar da...

Tağı müəllim sual qoya bilməyən, danışa bilməyən jurnalistlərdən gileylənib, deyib ki, hazırda 13 qəzeti oxuyur, qalanlara fikir vermir. «Kim nə istəyir, yazsın, etirazım yoxdur. Ağa olmağa gələndə, bəli, bu gün mən metropolitenin ağasıyam, özümü də ağa kimi aparacam».

AKSİYA KEÇİRMƏKDƏNSƏ, GEDİN, AĞAC ƏKİN

Parlamentin 2 aprel iclasında Müsavat deputat qrupundan Arzu Səmədbəyli deyib ki, Bakı şəhər İcra Hakimiyyəti onların kütləvi aksiyalar keçirmək müraciətlərinə mənfi cavab verib. YAP-çı deputat Siyavuş Novruzovsa prezidentin 2010-cu ili «Ekologiya ili» elan etdiyini xatırladıb, müxalifət nümayəndələrinə məsləhət görüb ki, «aksiya keçirməkdənsə, gedib ağac əksinlər».

«BƏS SƏN KİMSƏN?»

Parlamentin elə həmin iclasında ombudsmanın illik hesabatının təqdimatında Siyavuş Novruzov, Arzu Səmədbəyli və Pənah Hüseyn arasında mübahisə yaranıb. A.Səmədbəyli spiker Oqtay Əsədovdan S.Novruzovu sakitləşdirməyi istəyib: «Axı Siyavuş Novruzov kimdir ki, belə danışır?».

Spiker isə buna «bəs sən kimsən» deməklə reaksiya verib.

MODEL JURNALİSTLİK EŞQİNDƏ

Model Tunay bir daha televiziya layihəsində iştirak etməyəcəyinə tövbə etsə də, andını pozmalı olub. Model telekanallardan birində «Dəniz döyüşü» adlı proqramın aparıcılığına başlayıb. Bu barədə Tunay özü Lent.az-a açıqlama verib:

«Bir daha televiziya layihəsində yer almayacağıma and içmişdim. Hətta tövbə belə etmişdim. Amma neynim, layihə çox xoşuma gəldi, təklifi qəbul etdim».

Tunay bundan sonra peşəkar jurnalist olmaq iddiasındadır:

«Hüquq fakültəsində təhsil almağıma baxmayaraq, indi də təhsilli jurnalist olmağı fikirləşirəm».
XS
SM
MD
LG