Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:14

Neft Akademiyasının layihə müəllifinə cəza?


Həbib Ocaqov
Həbib Ocaqov
«ADNA–da qəza çıxış yolu olmayıbsa, layihə institutunda bu layihəni verən adamı məsuliyyətə cəlb etmək lazımdır».

Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin fövqəladə halları və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının professoru Həbib Ocaqov deyib.

Həbib Ocaqovun dediyinə görə, təhsil müəssisələrinin çoxunda ehtiyat çıxış yoxdur.

«Ümumiyyətlə, texniki tədbirlərə uyğun olaraq hər bina layihələndiriləndə orada ən azı bir çıxış giriş və ehtiyat çıxış yolu olmalıdır. Hazırda orta məktəblərdə xəstəxanalarda metrolarda binaların tikilməsini elə təşkil etmək lazımdır ki, orada insanların xilası üçün maksimum şərait olsun. Çünki universitetlərdə çox vaxt qəza çıxış yolları ya bağlı olur ya da mismarlayırlar. Neft Akademiyasında ümumiyyətlə qəza çıxış yolu olmayıbsa, layihə institutundan hesabat tələb etmək, layihəni verən insanı məsuliyyətə cəlb etmək lazımdır. «Ulduz» metrosunda qəza baş verəndə insanların tələfatının əsas səbəblərindən biri o oldu ki, qəza yolları bağlı idi. Belə işlər təhlükəsizlik nöqteyi nəzərdən çox vacibdir. Hər birimiz öz məsuliyyətimizi hiss etməliyik. Hər bir tələbə, müəllim təhlükəsizliyə riayət etməlidir».

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə deyir ki, ölkədəki bütün müəssisələrdə mühafizə vəsaitlərinin yerləşdirilməsi külli miqdarda maliyyə tələb edir:

«Hadisədən sonra Təhsil Nazirliyinin rəhbərliyi ölkənin xüsusilə ali məktəblərinə, çox şagirdi olan məktəblərə xüsusi tapşırıq verib tapşırdı ki, bütün müəssisələr öz imkanları daxilində mühafizə imkanlarını inkişaf etdirməyə çalışsınlar. O ki qaldı ölkədəki bütün təhsil müəssisələrində yoxlayıcı qurğuların yerləşdirilməsinə, bu, böyük vəsait tələb edir. 7 min müəssisədən söhbət gedir. Ali məktəblərdə biz düşündüyümüz kimi ciddi yoxlama etmək mümkün deyil. Bir qapıdan 5-10 min tələbə daxil olursa onların hər birini yoxlamaq çox vaxt alır».

Bəs xarici ölkə universitetləri necə qorunur?

Universitetlərdə ehtiyat çıxışlar işləyirmi?

BÜTÜN BU SUALLARA CAVABI BİLMƏK ÜÇÜN PROQRAMI DİNLƏYİN.

/ Hazırladı: Gülər Qasımova /
XS
SM
MD
LG