Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

Putin Venesuela və Boliviya ilə enerji və silah satışı məsələlərini müzakirə edir


Rusiyanın baş naziri Vladimir Putin Venesuelaya gedib. Bugünkü səfər zamanı onun enerji, kənd təsərrüfatı və hərbi sahədə əməkdaşlığı genişləndirmək məsələlərini müzakirə edəcəyi gözlənir. Putin orada Venesuela və Boliviya prezidentləri ilə görüşəcək.

Putinin səfəri zamanı Venesuelanın Orinoko çayında neft yataqlarının işlənməsi məsələsi müzakirə edilməlidir. Həmçinin bu ölkəyə silah satışı məsələləri gündəlikdə olacaq. Son illər Venesuela Rusiyadan 4 milyard dollara qədər dəyəri olan müxtəlif silahlar alıb.

Putin Boliviya prezidenti ilə də neft və qaz hasilatı, həmçinin silah satışı məsələlərini müzakirə etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG