Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16

ABŞ uyğurlara görə Kambocaya bəzi yardımlarını dayandırıb


ABŞ bir qrup türk-müsəlman uyğuru geri Çinə qaytardığı üçün Kambocaya yardımlarının bir hissəsini dondurub.

Kambocada olan 20 nəfər uyğur BMT-nin oradakı nümayəndəliyindən siyasi sığınacaq istəmişdi. Bundan az sonra Çin Kamboca ilə yüz milyonlarla dollarlıq bir layihə imzalamışdı. Bunun da ardınca ABŞ-ın etirazlarına baxmayaraq, Kamboca ötən dekabr ayında uyğurları Çinə verdi.

Çin Kamboca ilə müqavilənin uyğur məsələsinə bağlı olmadığını deyir. Amma insan haqları müdafiəçiləri bildirirlər ki, Pekin faktiki olaraq həmin müqavilə ilə sığınacaq istəyən uyğurları Kambocadan alıb.

Etnik türklər olan uyğurlar Çində Sincan əyalətində yaşayırlar. Keçə il orada baş verən etnik qarşıdurmada 200 nəfərə yaxın adam həlak olmuşdu. Çin hökuməti bu hadisələrə görə bir neçə uyğuru ölüm hökmünə məhkum edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG