Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:54

Jurnalistin iddiası təmin edilmədi


Məhkəmə polis zorakılığıyla üzləşməsindən şikayət edən jurnalistlərin iddiasını qəbul etməyib.

Jurnalist Elçin Həsənovun AzadlıqRadiosuna verdiyi məlumata görə, bir il ərzində işə baxmalı üç dəfə hakim dəyişəndən sonra məhkəmə baş tutub. Amma Səbayel rayon məhkəməsində Kəmalə Əmirxanovanın sədrliyilə keçən prosesdə hakim işdə sübutedici faktlar olmadığı üçün iddianın qəbul olunmamasıyla bağlı qərar verib.
Elçin Həsənov deyir ki, onlar bu qərardan apelyasiya şikayəti verəcəklər.

Ötən il mayın 8-də yerli hakimiyyətin keçirdiyi Gül bayramında bir qrup gənc tədbirə etiraz etmişdi, jurnalistlər də burda Səbael polis idarəsinin 39-cu polis bölməsinin əməkdaşlarının zorakılığına məruz qaldıqlarının iddia edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG