Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:04

Türkiyə səfirini Vaşinqtona qaytarır


Baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün bildirib ki, səfir Namik Tan gələn həftə Vaşinqtonda iş yerində olacaq.

Ankara səfiri ABŞ Konqresində Xarici Əlaqələr Komitəsinin ötən ay qəbul etdiyi qərara görə geri çağırmışdı. Həmin qərarda deyilirdi ki, Osmanlı impoeriyası dövründə Türkiyə ərazisində ermənilərə qarşı söyqəırım törədilib. Türkiyə bu ittihamı rədd edir.

Eyni məzmunda qərara görə Türkiyə İsvedən də səfirini geri çağırmışdı. Amma sonradan İsveç hökuməti buna görə Türkiyədən üzr istəmiş, Ankara da səfiri geri qaytarmışdı.
XS
SM
MD
LG