Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:52

Pənah Hüseyn: «Cənab prezidentə üç müraciət etmişəm»


Pənah Hüseyn
Pənah Hüseyn
«Keçən il, növbəti dəfə olaraq Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti qaçqınların ən ciddi hüququnu, onların qaçqın olmamaq, öz dədə - baba yurdlarında yaşamaq hüququnu təmin edə bilməyib. Obyektiv və subyektiv məsələlər üzündən olsa da, bu mütləq qeydə alınmalıdır».

Bunu parlamentdə Müsavat deputat qrupundan Pənah Hüseyn Ombudsmanın hesabatına dair rəyini bildirərkən deyib.

«İkinci çox ciddi bir məsələ, illik məruzələrdə qiymət verilməlidir ki, konkret məruzə ilində insan hüquqlarının müdafiəsi sahəsindəki vəziyyət yaxşılaşmışdır, pisləşmişdir və yaxud sabit qalmışdır. Çox təəssüf ki, biz məruzədə hər hansı bir net qiymətlə rastlaşmadıq. Bizim siyasi düşərgə hesab edir ki, çox təəssüf ki, 2008–ci ildə Azərbaycanda insan hüquqları və azadlıqları sahəsindəki vəziyyət nəinki yaxşılaşmışdır, nəinki stabil qalmışdır əksinə pisləşməkdə davam etmişdir».

MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI SİYASİ POZUNTULARI ÜSTƏLƏYİB

Pənah Hüseyn pozulan hüquqlar sırasında ilk olaraq vətəndaşların mülkiyyət məsələsinə aid edib:

«Azərbaycanda mülkiyyət hüquqlarının pozulması hətta bir sıra fərdi insan hüquqlarını və siyasi hüquq və azadlıqlarını çıxmaq şərti ilə, onları da üstələyib. İş o yerə gəlib çatıb ki, insanların mülkiyyət hüququ deyərkən biz onların biznes fəaliyyəti, deyək ki, hansısa açdıqları işi, assosiasiyaları, şirkətləri, kompaniyaları nəzərdə tuturuq, amma mülkiyyət hüquqlarının pozulması insanın əsas, ayrılmaz hüquqlarından biri olan mənzil hüququna gəlib çatmışdır. Söhbət minlərlə sakinin, Bakı şəhərinin mərkəzində, evlərinin heç bir qanuna əsaslanmadan, mövcud qanunlar və Nazirlər Kabinetinin qəbul etdiyi qərarları tətbiq etmədən Bakı şəhər icra hakimiyyəti tərəfindən təşkil olunmuş dəstə tərəfindən sökülməsidir».

Deputat deyir ki, bu məsələ ilə bağlı parlamentdə vətəndaşların şikayətlərini dinləyib, şikayətlər əsasında ölkə başçısına müraciət ünvanlayıb:

«Cənab prezidentə üç müraciət etmişəm. Onlardan biri həmin sakinlərə aid olan məsələdir. Əvvəllər birinin mülkiyyətini alanda haqqını ödəyirdilər, burada olan hamı bilir ki, indi bu da itib. Gəlirlər, məsələn mən bilmirəm kimdir, vəzifəsini mənə demədilər, amma çox yüksək məmurların adını çəkərək bildirdilər ki, zorla, bu qədər verəcəyik, istəməsəniz sizi bayıra atacağıq. Azərbaycanda bu sahədə halallıq itsə, bunu hamı bilir, iş adamları da bilir, burada oturanlar da bilir, mülkiyyət sahibləri və ya buna bələd olanlar da bilir ki, bu ölkədən xeyir bərəkət çəkiləcək. Böyük bəlalar gələcək. Ona görə də mən hörmətli ombudsmanın da, burada iştirak edən hörmətli deputatların da, rəhbər işçilərin də diqqətini çox mühüm məsələyə cəlb etmək istəyirəm»

BULVARIN ABADLIQ İŞLƏRİ...

Pənah Hüseyn Bakıda görülən yaxşı işləri də qeyd etməyin gərəkli olduğunu vurğulayıb:

«Yaxşı işlərdən biri elə Bulvarda aparılan abadlıq işləridir. Etiraf etmək lazımdır və təqdir etmək lazımdır ki, həqiqətən belə gözəl parkın yaradılması milli, ümumi dəyərdir. Amma orada yenə də dünən hörmətli deputat həmkarımız Arzu Səmədbəyli ilə bulvarda gəzərkən onlarla insan orada işləyən müxtəlif fotoqraflar üstümüzə düşdü ki, Hacı Adəm adlı adam deyir mən buraları monopoliyaya götürmüşəm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG