Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:09

Penitensiar Xidmətin Müalicə Müəssisəsində intihar


APA-nın yaydığı xəbərə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində intihar hadisəsi baş verib. Agentliyin məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunan, 1959-cu il təvəllüdlü Sədrəddin Xanqulu oğlu Seyfullayev özünü Müalicə Müəssisəsində asıb. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.

Nazirliyin Penitensiar Xidmətin Müalicə Müəssisəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovun AzadlıqRadiosuna məlumatı nə təkzib, nə də təsdiq edib.

S. Seyfullayev bu ilin yanvarın 13-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində zərərsizləşdirilən mütəşəkkil dəstənin üzvü olub.
XS
SM
MD
LG