Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

BMT Baş katibi Türkmənistanı öhdəliklərinə əməl etməyə çağırıb


BMT Baş katibi Türkmənistanı insan hüquqları ilə bağlı götürdüyü öhdəliklərin hamısına əməl etməyə çağırıb.

Ban Ki Mun Türkmənistan prezidenti Qurbanqulu Berduməhəmmədov ilə birgə mətbuat konfransı zamanı deyib ki, BMT bu məsələdə hökumətlə işləməyə hazırdır.

Türkmənistanda hökumətin siyasi opponentləri tez- tez həbs olunur, fərqli fikirə qarşı dözümsüzlük var.

Türkmənistan - BMT Baş katibinin Mərkəzi Asiya ölkələrinə səfərində ilk dayandığı ölkədir. O, Qırğızıstan, Özbəkistan, Tacikistan və Qazaxıstanda da olacaq.
XS
SM
MD
LG