Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:23

DAK İran səfirliyi qarşısında aksiya keçirib


Aprelin 2-də Dünya Azərbaycanlıları Konqresi (DAK) İran səfirliyi qarşısında aksiya keçirib, Urmiya gölünün qurumasına etiraz ediblər.

Aksiyada iştirak edənlər əllərində bir qab su gətiriblər. Onlar su ilə dolu qabı səfirliyə vermək istəyiblər. Ancaq polis onların səfirliyə yaxınlaşmasına imkan verməyib, yalnız bəyanatı çatdırmağa şərait yaradıb.
İran səfirliyinin əməkdaşı bəyanatı qəbul etmək istəməyib və bildirib ki, kimlərsə Azərbaycan İran münasibətlərində problem yaratmaq istəyir.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə bildirib ki, bütün dünya azərbaycanlıları Urmiya gölünün qurumasına etiraz olaraq, bütün dünyada, o cümlədən İranın azərbaycanlılar yaşayan bölgələrində göllərə gedib, bir qab su boşaldırlar. Bununla da dünya ictimaiyyətinin diqqətinə Urmiya gölünün qurumasını çatdırmaq istəyirlər.

Tağızadə hesab edir ki, Tehran hökumətinin Urmiya gölünün qurumasının qarşısını almamaqda məqsədi orada yaşayan azərbaycanlıların torpaqları boşaltmasına çalışmasıdır.
XS
SM
MD
LG