Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:15
«Azərbaycanın İstanbuldakı Konsulluğu barədə Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldırılıb. Tezliklə bu məsələyə baxılacaq»

Bu barədə spiker Oktay Əsədov aprelin 2-də Parlamentin iclasında deyib. Parlamentin sədri, deputat Gülər Əhmədova İstanbuldakı Konsulluğun azərbaycanlı deputatlara, azərbaycanlılara laqeydliyi ilə bağlı fikirlərini səsləndiriblər. Bildirib ki, Konsulluqla Azərbaycanın Türkiyədəki səfirliyi arasında da hansısa anlaşılmazlıq var. Konsulluğun nümayəndələri ora gedən deputatlara diqqət yetirmək, Azərbaycanın maraqlarını müdafiə etmək əvəzinə, dükan və mağazaları gəzirlər.

Gülər Əhmədova hesab edir ki, bu cür laqeydlik olmamalıdır. Bununla bağlı o, spikeri Xarici İşlər Nazirliyi qarşısında da məsələ qaldırmağa çağırdı.

Oktay Əsədov isə bildirib ki, Konsulluqla bağlı başqa deputatların da yazılı şəkildə müraciətləri var. Buna görə də Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldırılıb.

Oktay Əsədov bildirib ki, Azərbaycanın İstanbuldakı Konsulu 5 il deputat olub, «lakin buna baxmayaraq təəssüf ki, İstanbulda Azərbaycandan gedən deputatlara da laqeyd münasibət göstərir».

Azərbaycanın İstanbuldakı Konsulu keçmiş deputat Səyyad Arandır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG