Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:50

İ. Əliyev: «Beş il ərzində biz MDB məkanında birinci olduq»


«Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri bizim üçün prioritet təşkil edir».

Prezidenti İlham Əliyev dünən Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə belə deyib. Prezident əlavə edib ki, «ümid edirəm ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızın su-kanalizasiya problemləri öz həllini tapacaq».

İ.Əliyev həmçinin qeyd edib ki, «elə etməliyik ki, ölkənin bütün məntəqələrinə kifayət qədər elektrik enerjisi verilsin, qaz problemləri həllini tapsın».

Prezident bu il də maaş və pensiyaların artırılması nəzərdə tutulduğunu bildirib.

İ. Əliyev Azərbaycanın rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci ölkə olduğunu da deyib. Bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal rəqabət hesabatında bildirildi ki, Azərbaycan informasiya-kommunikasiya sahəsində MDB məkanında birinci yerə çıxıb.

Prezident deyib ki, «bu sahə bizdə demək olar ki, cəmi beş il bundan əvvəl yaranıb. Ondan əvvəl Azərbaycanda çox adam bilmirdi ki, informasiya-kommunikasiya texnologiyaları nədir. Beş il ərzində biz MDB məkanında birinci olduq».
XS
SM
MD
LG