Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Evlərinin sökülməsinə etiraz edənlərə hökm oxundu


Aprelin 1-də Binəqədi rayon Məhkəməsində Xocəsən bələdiyyəsinin ərazisində qanunsuz tikililərin sökülməsi zamanı hakimiyyət nümayəndələrinə xəsarət yetirməkdə təqsirli bilinən Mais Muxtarov, Elçin Həsənov, Qurban Xudiyev, Məhəmməd Loğmanov, Asif Abbasov və Ramal Kərimovun məhkəməsi başa çatıb.

Onlar həmçinin, mülkiyyət hüququnu pozmaqda və mühafizə zonalarında özbaşına tikinti işləri aparmaqda da təqsirləndiriliblər.

Məhkəmə onların hər birini 9 ay müddətinə azadlıqdan məhrum edib. Lakin təyin olunan cəza müddəti təqsirləndirilən şəxslər həbsdə qaldıqları müddətdə başa çatdığından onlar məhkəmə zalından azadlığa buraxılıblar.

İttihama görə, barələrində hökm çıxarılan şəxslər ötən il avqustun 5-də ARDNŞ-in balansında olan ərazidə qanunsuz tikililərin sökülməsi zamanı Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına daş və digər küt alətlərlə xəsarətlər yetiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG