Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:44

«Azərbaycan İranla ehtiyatlı olmalıdır»


Elxan Mehdiyev
«Azərbaycan öz ərazisini qonşu İrana qarşı hərbi əməliyyatlar üçün istifadəyə versə, bu, onun üçün fəlakət olar».

Bunu konfliktoloq Elxan Mehdiyev deyib.

«İran bizim düşmənimiz deyil, bizim İranla min illər boyu tarixi və mədəni bağlılığımız var. Bizim orada soydaşlarımız var, onların təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir. Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyat üçün istifadə edilməsi tarixdə sağalmayan yara ola bilər. Əksinə, Azərbaycan bu cür hərbi əməliyyatların əleyhinə çıxmalıdır, çünki İrana qarşı deyilən əməliyyatlar olarsa, nüvə silahı işlənərsə, bu, Azərbaycan xalqının məhvinə aparar».

Rasim Musabəyov
Politoloq Rasim Musabəyov da düşünür ki, Azərbaycan bu məsələdə ehtiyatlı hərəkət edəcək:

«Azərbaycan Amerikanın yanında deyil, İranla Rusiyanın arasındadır. Bu, coğrafiyadır. Heç bir ölkənin xarici siyasəti onun coğrafiyası ilə toqquşmamalıdır. Azərbaycan ehtiyatlı mövqe tutacaq. Hər hansı bir dövlət Azərbaycanı belə seçim qarşısında qoyarsa, itirəcək. Bizim torpaqlarımız işğal altında qalıb. İşğalçı dövlət olan Ermənistanı dəstəkləyən də Amerikadır».

Qəbələ RLS-in bu hadisələrdə rolu.

Türkiyə və Ermənistanın İrana sanksiya təşəbbüsünə reaksiyası necədir?

PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG