Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:29

E.Məmmədyarov fransalı deputatlarla görüşüb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fransalı deputatlar Kristan Batay və Rolan Blumu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Elmar Məmmədyarov deyib ki,Ermənistanın Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmalı, həmin ərazilərdə normal həyat şəraiti yaradılmalı, məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və sonda Dağlıq Qarabağın yekun statusu müəyyən edilməlidir.

Nazir bildirib ki, yalnız bu halda regionda davamlı sülh və təhlükəsizliyə nail olmaq mümkündür.

Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
/APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG