Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:05

Nizami rayonu 12 saylı orta məktəbdə oğurluq hadisəsi baş verib


Aprelin 1-i saat 03:00 radələrində bir qrup maskalı şəxs məktəbin gözətçisi –keçmiş polis işçisi Famil Tağıyevə hücum edərək 3 avadanlıq aparıblar.

Bakı şəhər Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı AzadlıqRadiosuna bildirib ki, Famil Tağıyev oğrulara məktəbin 2-ci mərtəbəsində rast gəlib:

«Onlar 3 nəfər olublar. Gözətçini döyüb əl-ayağını və ağzını bağladıqdan sonra məktəbdən 1 noutbuk, 1 proyektor və 1 ədəd də faks aparatı aparıblar. Bir müddət sonra hadisədən xəbər tutan məktəbin direktoru Əli Alıyev polislə birlikdə məktəbə gəlib».

Nizami rayon Polis İdarəsindən AzadlıqRadiosuna bildirdilər ki, hadisə ilə bağlı 25-ci bölmə araşdırma aparır.
XS
SM
MD
LG