Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:12
Azərbaycanlı müəllim-filoloq Niyaməddin Kəbirov özünün yaratdığı vollanqo dilinin dərsliyi üzərində işi tamamlamaq üzrədir.

O, bunu “Kavkazskiy uzel”in əməkdaşı ilə söhbətində deyib.

Kəbirov bildirib ki, KİV-də onun kəşf etdiyi dili səhvən “vollanco” adlandırırlar:

“Düzgün forma isə “vollanqo”dur. Mən almanca “vol” yəni “sülh” və fransızca “lanqo” yəni “dil” mənasını verən sözləri birləşdirməyə qərar verdim”.

Hazırda Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Quba filialında metodist işləyən 34 yaşlı Kəbirov vollanqo dilini yaradarkən dünyanın bir çox xalqlarının dil elementlərini birləşdirib.

Kəbirovun uşaqlıdan müxtəlif dillərə marağı olub. Məktəbdə oxuyarkən o, artıq Azərbaycan, tat, rus, türk, ingilis, ərəb, tacik və fars dillərini bilirdi: “Əgər kənddə deyil,

ŞƏHƏRDƏ YAŞASAYDIM, DAHA ÇOX DİL ÖYRƏNƏRDİM”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində oxuduğu 1993-97-ci illərdə o, yeni dil yaratmağa qərar verir.

Müəllim vollanqo dili üzərində işə 2002-ci ildən başlayıb, indi tamamlayıb.

Kəbirovdan soruşanda ki, “vollanqo ilə 100 il əvvəl ixtira olunmuş esperanto arasında fərq nədir?" cavab verib ki, fərq - onun icad elədiyi dilin bazasını təşkil edən dillərin sayının daha çox olmasındadır:

“ Esperanto 4 Avropa dilinin əsasında yaradılıb: latın, ingilis, fransız və alman.

Mən isə vollanqo dilində baza dillərinin sayını rus, ərəb, fars, çin, hind, Koreya dilləri hesabına artırmışam. Bundan əlavə bir sıra dillərin elementlərindən də istifadə etmişəm. Hesab edirəm ki, süni dilə münasibətdə xalqlar doğmalıq duysa, o, populyarlıq qazanacaq”.

Vollanqo dilini tərtib edən Kəbirov bir sıra Qafqaz xalqlarının dilindən də istifadə edib - l

LƏZGİ, SAXUR, XINALIQ, BUDUQ, DAĞISTAN XALQLARININ DİLLƏRİ KİMİ

Vollanqonun esperanto ilə daha bir fərqi sadə əlifbasındadır. Vollanqo dilində cəmi 26, esperantoda isə 28 hərf var.

Dilçi iddia edir ki, esperanto başqa baxımdan da çətindir. Esperanto əlifbasında bir çox hərf üzərində əlavə işarələr var.

Kəbirovun fikrincə vollanqo BMT, YUNESKO və digər təşkilatlar tərəfindən beynəlxalq dil kimi istifadə oluna bilər. Bu dil müxtəlif ölkə vətəndaşlarının, İnternetin beynəlxalq ünsiyyət vasitəsi ola bilər.

Kəbirov bildirir ki, Liverpul Universiteti onun kəşfi ilə maraqlanıb, hətta dilin virtual müzakirəsi də təşkil olunub. O, vollanqonun müzakirəsinin Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda keçirildiyini əlavə edib.

Dilçilik institutunun direktoru, AMEA-nın həqiqi üzvü Ağamusa Axundov bu elmi müəssisədə Kəbirovun təqdim etdiyi dilin müzakirə edildiyini təsdiqləyib:

“Ancaq biz bu təşəbbüsü bəyənmədik. Hesab edirik ki, bu dilin tətbiqinə qüvvə sərf etmək məqsədəuyğun deyil. Bənzər təşəbbüslər əvvəllər də dünyada olub, ancaq ümumi dil ideyası tətbiq olunmayıb.

Hətta yüz il əvvəl aparıcı Avropa dilləri əsasında yaradılan

ESPERANTO DA POPULYARLIQ QAZANMAYIB”

A. Axundov şair Rəsul Həmzətovdan sitat gətirərək əlavə edib ki: “ Əgər dilim sabah yox olacaqsa, onda mən bu gün ölməyə hazıram”.

“Ulduz” ədəbiyyat jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli də ümumi dil anlayışına şübhə ilə yanaşır:

“Mən istənilən mədəni özünəməxsusluğun aradan qaldırılması cəhdlərinə şübhə ilə yanaşıram – monoxalq, monomədəniyyət, monodilliliyin yaradılmasının əleyhinəyəm.

İnsanlar dil olmadan da jestlərlə bir-birini gözəl anlaya bilər, bu cür misallar çoxdur. Əsas odur ki, niyyətləri yaxşı olsun”.

Qeyd edək ki, Kəbirov layihəsini beynəlxalq təşkilatlara da təqdim etməyi planlaşdırır.

"Kafkazskiy uzel"
Tərcümə: Sevinc Hüseynzadə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG