Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:15

Üzü gizlədən baş örtüyünü Belçika da qadağan edir


Qanunu pozana 7 günə qədər həbs cəzası verilə bilər

Qanunu pozana 7 günə qədər həbs cəzası verilə bilər

Üç həftəyə Belçika üzü qismən və ya tam örtən baş örtüyünü tamamilə qadağan edə bilər.

Təklif olunan qanun layihəsinə görə, əgər qadının baş örtüyü onun kimliyini müəyyən etməyə mane olursa, ictimai yerdə belə paltar qadağandır. Buna niqab, burqa, çadra və s. daxildir.

Qanunu pozana 7 günə qədər həbs cəzası verilə bilər.

Parlament bu qanun layihəsinə aprelin 22-də səs verməlidir.

Qanun layihəsini təklif edən deputatların fikrincə, bütün üzü örtən baş örtüyü «qadının şəxsiyyətinə təhqirdir», belə baş örtüyü «gəzən həbsxanadır» və «qadını bu həbsxanadan azad etmək lazımdır».

YENİ QADAĞANIN HÜQUQİ ÇƏTİNLİKLƏRİ


Belçikada parlament komitəsindən yekdilliklə keçən bu qanun layihəsi ciddi müxalifətlə və hüquqi çətinliklərlə üzləşə bilər.

Fransanın Dövlət Şurasının bu həftəki qərarı da presedent yaratdı. Dövlət Şurası elan etdi ki, Fransada burqanın tam qadağası konstitusiyaya ziddir.

Belçikanın da öz Dövlət Şurası var. Belçikanın Ali Məhkəməsi olan bu Şura baş örtüyü qadağasına hələ münasibət bildirməyib.

Belçikanın Müsəlman İcraçılar Təşkilatının vitse-prezidenti İzabel Preil yeni qadağanı vətəndaş haqlarına təhlükə hesab edir:

«Bu gün baş örtüyü qadağan olunur, sabah şeyxlərin papağı, sonra da qısa yubkalar».

Qanun layihəsinə görə, ictimai məqsədlə istifadə olunan bütün yerlərdə - küçələrdə, parklarda, idman zallarında və s.-də üzü gizlədən baş örtüyü olmaz.

İKİ HADİSƏ

Belçikada yeni qanun layihəsi böyük hay-küy yaratmış iki hadisə fonunda ortaya çıxıb.

Malikə əl-Aroud adlı bir müsəlman belçikalı qadın Brüsseldə gənc qızları intiharçı olmağa cəlb edirmiş. Onun məhkəməsi martdan başlanıb.

Başqa bir müsəlman qadın isə riyaziyyat müəllimidir və dərsə baş örtüyündə gəlir. İndi ona gələn həftənin ortalarına kimi vaxt verilib ki, ya sinfə baş örtüyü olmadan girsin, ya da işdən çıxarılacaq.

Bu hadisə ətrafında Belçikada ictimai mübahisələr gedir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG