Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:16

Qapıçı rəqib komandanın oyunçularına rüşvət təklif etməkdə ittiham olunur


ÇEXİYA: QAPIÇI RƏQİB KOMANDANIN OYUNÇULARINA RÜŞVƏT TƏKLİF EDİB?

Çex Respublikasında futbol üzrə birinci liqada oynayan “Sigma Olomoc” komandasının qapıçısı Petr Drobisz ona qarşı rüşvət ittihamlarının yalan olduğunu bildirib. Martın 30-da bu məsələ ilə bağlı Çex Futbol Federasiyasında İntizam Komissiyası dinləmə keçirib.
Rəqiblərinə rüşvət təklifi etdiyi iddia olunan qapıçı Petr Drobisz

Dinləmədə Drobisz and-aman edib ki, heç vaxt kimsə ona 300 min kron (16 min dollara yaxın) pul təklif etməyib.

Bohemia Praha komandasının keçmiş kapitanı Miroslav Obermajer iddia edir ki, keçən ilin mayında o, Petr Drobszdən konvertdə 300 min kron pul alıb.

İddiaya görə pulu onlara bilərəkdən uduzmaq üçün rüşvət kimi təklif ediblər. “Bohemia Praha” ilə oyunda qalib gəlməsi “Sigma Olomouc” komandasına Çexiyanın birinci liqasında dördüncü yeri tutumağa kömək etməli imiş. Bununla da “Sigma Olomouc” Avropa Liqasında oynamaq şansı əldə edirdi. Həmin oyunda 3-0 qələbə qazanan “Sigma Olomoc” həqiqətən də həmin məqsədinə çatmışdı.

Drobisz jurnalistlərə bildirib: “Mən İntizam Komissiyasında da bildirdim ki, heç kimə rüşvət təklif etməmişəm. Mən günahsızam.”

İntizam Komissiyası isə bu qalmaqalın bütün qəhrəmanlarını polisin “yalan detektorunda” tesdən keçməyi təklif edib. Obermajer buna razılaşıb. Drobisz isə deyib ki, bunun üçün vəkili ilə məsləhətləşməlidir.

RUMINİYA: SENATORU 355 MİN DOLLARA GÖRƏ HƏBS ETDİLƏR
Senator Katalin Voicu, mart 2010

Rumıniyada senator martın 31-də həbs edilib. Bir qədər korrupsiya ittihamlarına görə ölkə parlamenti senator Katalin Voicunun toxunulmazlıq hüququnu ləğv etmişdi. Həbsindən az sonra onu ürək tutumalarına görə xəstəxanaya yerləşdiriblər.

Senator Katalin Voicu parlamentdə nüxalifətdə olan Sosial Demokrat Partiyasını təmsil edirdi. O, son 20 ildə Rumıniyada həbs olunan ilk senatordur.

İttihama görə senator keçən il işi məhkəməyə çıxarılan iki iş adamının cəzadan qurtarması üçün vasitəçilik edib. Əvəzində də iş adamlarından 355 min dollar rüşvət alıb.
Amma senator bu ittihamı rədd edir.

MACARISTAN: KEÇMİŞ DEPUTAT DÖVLƏT PULLARINI MƏNİMSƏMƏK İTTİHAMI İLƏ 8 İL YARIM CƏZA ALDI
Macarıstan parlamentinin binası qarşısında etiraz aksiyası, 30 sentyabr 2006


Macarıstanda da keçmiş sosialist deputat Janos Zuschlag səkkiz il yarım azadlıqdan məhrum edilib. Martın 31-də keçirilmiş məhkəmədə onu dövlət pullarını mənimsəməkdə ittiham ediblər.
İttihama görə Janos Zuschlag və onun 10-dan çox ortağı 1990-cı illərin ortalarında saxta fondler yaradaraq dövlətin 356 min dollar pulunu həmin fondların hesabına köçürüblər. keçmiş deputat tutulandan sonra həmin pulların 300 min dollarına qədər geri qaytarılıb. Amma məhkəmə qərara gəlib gəlib pullar təşkilatlanmış cinayətkar qrup tərəfindən sistemli şəkildə oğurlanıb. Ona görə də 32 yaşlı keçmiş deputata ağır cəza verilib.

İSPANİYA: KEÇMİŞ BAŞ NAZİRİ 24 İLLİK AZADLIQDAN MƏHRUMETMƏ CƏZASI GÖZLƏYİR

İspaniyada isə 2000-2003-cü illərdə əvvəlcə ekologiya naziri, sonra isə baş nazir olmuş Jaume Matas rüşvət itrtihamı ilə həbs edilib. Martın 30-da Palma de Majorca məhkəməsi keçmiş naziri yeni korrupsiya ittihamına görə önləmə tədbiri kimi həbs edib.

Jaume Matas istintaq getdiyi müddətdə həbsdə qalmalıdır. Çünki müstəntiqlər onun son illər yaşadığı ABŞ-a qaça biləcəyindən narahatdırlar. 53 yaşlı Jaume Matas yalnız dörd milyon dollar girov ödəyərsə, həbsdən buraxıla bilər. Bu da İspaniya məhkəməsinin tarixində ən yüksək girov məbləği hesab olunur.

Məhkəmə Matasın əvvəllər mühafizəkar Xalq Partiyasının maliyyə məsələlərinə baxan qardaşının da pasportunu müsadirə edib. Onun da İspaniyadan çıxmasına qadağa qoyulub.

Jaume Matas sənədlərin saxtalaşdırılması, rüşvətxorluq, mənimsəmə, pul yuyulması da daxil olmaqla doqquz müxtəlif ittihamla üzləşib. Bu ittihamlara görə onu 24 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Jaume Matas 2003-2007-ci illərdə turist məkanı olan Belarik adalarının rəhbəri olub. Məhz həmin illərdə də qanunsuz sərvət yığmaqda ittiham edilir.

Matas həm də özünün seçki kampaniyasında qanunsuz pullardan istifadə etməkdə ittiham edilir.

Başqa bir ittihama görə o, bir idman kompleksinin tikinti xərclərini iki dəfə qaldıraraq 100 milyon dollara çatdırıb.

Amma Jaume Matas haqqında deyilən bütün ittihamları rədd edir.

XORVATİYA: BAŞ NAZİRİN MÜAVİNİNİ ÖZƏLLƏŞDİRMƏYƏ GÖRƏ TUTUDULAR

Damir Polancec, 21 oktyabr 2009


Xorvatiyada baş nazirin müavini Damir Polancec istefa verməsindən beş ay sonra – martın 30-da rüşvət ittihamları ilə həbs edilib.

Onu vəzifədən sui-istifadə edərək Xorvatiyanın ərzaq, içkilər və dərmanlar istehsal edən ən böyük şirkətlərindən birinin özəlləşdirilməsində iş adamına yardım etməkdə suçlu bilirlər.

Bu özəlləşdirməyə görə 30 adam, o cümlədən də 10 nəfər yüksək vəzifəli məmur həbs edilib.

Polancec hər hansı qanunsuz iş görmədiyini bildirir.

Polis də həbs barədə heç bir izahat verməyib.

XS
SM
MD
LG