Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09

Bakıda Avroatlantik Tərəfdaşlıq Şurasının beynəlxalq konfransı keçiriləcək


Aprelin ortalarında Bakıda Avroatlantik Tərəfdaşlıq Şurasının beynəlxalq konfransı keçiriləcək.

Bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki məlumat verib.

Onun sözlərinə görə, konfrans BMT Təhlükəsizlik Şurasının silahların ixtisarına dair qətnamənin yerinə yetirilməsinə həsr olunacaq.

Konfransda NATO-ya üzv ölkələrin nümayəndələri, o cümlədən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun iştirakı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG