Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:40

Kürdəmirdə 150-ə yaxın evi su basıb


Kürdəmir rayonunda leysan yağışları nəticəsində 150-ə yaxın evi, bir neçə dövlət müəssisəsini su basıb.

Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsindən «APA»ya verilən məlumata görə leysan yağışları nəticəsində yaranan sel suları Kürdəmir şəhərində ciddi problemlər yaradıb, insanların gediş-gəlişi çətinləşib.

Su 15-ə yaxın fərdi yaşayış evinin otaqlarına, digər mənzillərin isə zirzəmisinə dolub, divarlarda çatlar əmələ gəlib, həyətyanı sahələr lil örtüyü ilə əhatə olunub. Bir çox həyətlərə yığılan suyun hündürlüyü 1 metrə yaxındır.

Hazırda həyətlərdən suyun çəkilərək başqa əraziyə axıdılması istiqamətində işlər davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG