Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:20

Venesuela-Rusiya birgə müəssisə yaradır


Venesula və Rusiya birgə neft hasilatı müəssisəsi yaratmağa qərar veriblər. Layihə çərçivəsində gözlənilir ki, Orinoko çayındakı mənbədən hər gün 50 min barrel neft çıxarılacaq. Gələcəkdə neft hasilatının gündə 450 min barrelə çatdırılması gözlənilir.

Venesuelanın Neft naziri bildirib ki, birgə müəssisə Venesuelanın dövlət neft şirkəti və Rusiyanın 5 şirkətinin (Rosneft, Lukoil, TNK-BP, Gazprom və Surgutneftegas) daxil olduğu konsorsium tərəfindən idarə olunacaq.

Rəsmi Karakasın layihədə payı 60 faizdir.

Sabahdan isə Rusiya baş naziri Vladimir Putinin Venesuelaya səfəri başlayır. Səfər zamanı onun prezident Uqo Çaveslə danışıqlar aparacağı bildirilir.
XS
SM
MD
LG